Ölüm təhlükəsi ilə üz-üzə qalan qadını polis belə xilas etdi-VİDEO
Dünya
Polis qadının həyatını xilas etdi – HƏMİN ANLAR KAMERAYA DÜŞDÜ
Expressxeberler.az xəbər verir ki, Türkiyənin Konya şəhərində Çevik Qüvvət Şöbə Müdirliyinin əməkdaşı boğulma təhlükəsi ilə üzləşən qadının həyatını xilas edib.
Belə ki, qadının boğazında fındıq qalması nəticəsində nəfəs almaqda çətinlik çəkdiyi məlum olub. Polis əməkdaşı dərhal müdaxilə edərək Heimlich manevrası tətbiq edib və qadının yenidən nəfəs almasını təmin edib.
Hadisə anları kameraya düşüb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Türkiyə #Polis #Xilasetmə
Kateqoriya: Dünya
122
baxış



