Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

IMG_4535 Kriminal
03:02

Expressxeberler.az xəbər verir ki, britaniyalı aktyor və komediyaçı Rassel Brend zorlama və cinsi zorakılıq cinayətlərinə görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Londonun Sautuark Kral Məhkəməsində keçirilən prosesdə aktyorun bir zorlama və üç cinsi zorakılıq epizodu üzrə təqsirli olduğu bildirilib.

Hakim Coel Bennatan cinayətlərin 2004–2009-cu illər arasında dörd qadına qarşı törədildiyini açıqlayıb.

Məhkəmə qərarına əsasən, Brend cəzasının üçdə ikisini həbsdə keçirəcək. Daha sonra şərti azadlığa buraxılmaq imkanı əldə edə bilər. Azadlığa çıxdıqdan sonra da nəzarət tələblərinə əməl etməli olacaq.

Qeyd edək ki, amerikalı müğənni Keti Perrinin keçmiş həyat yoldaşı olan Rassel Brend ittihamları rədd edirdi. Britaniya polisi aktyorla bağlı digər iddialar üzrə araşdırmaların davam etdiyini bildirib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #RasselBrend #Dünya #Məhkəmə #Xəbər

174 baxış
Paylaş: