22 yaşlı futbolçu məşq zamanı öldü

IMG_1558 Gündəm
21:25

Fransanın “Sen-Deni” klubunun futbolçusu Vanis Onsor 22 yaşında vəfat edib. Gənc futbolçunun məşq zamanı ürəyi dayanıb.

Expressxeberler.az xəbər verir ki, bu barədə futbolçunun yetirməsi olduğu “Ruan 1899” klubunun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

“‘Ruan 1899’ futbol klubu bu gün səhər Vanis Onsorun qəfil vəfatı xəbərini böyük kədərlə qarşılayıb. O, ‘Sen-Deni’ klubu ilə məşq zamanı ürəyinin dayanması nəticəsində dünyasını dəyişib. Gənclər və əvəzedici komandaların heyətində qırmızı formanı geyinmiş futbolçu klubumuzun yetirməsi olub”, – deyə klubun bəyanatında bildirilib.

Onsor “Ruan 1899”un əsas komandasında Fransanın üçüncü divizionu olan Milli Liqada üç oyun keçirib və bir qol vurub.

Futbolçu yanvar ayında “Fler” klubundan “Sen-Deni”yə keçib

74 baxış
Paylaş: