Qod Nisanov nəhəng layihəsini təqdim etdi – 15 hovuz, 38 restoran

IMG_1372 Cəmiyyət
10:44 Expressxeberler.az

Moskvanın meri Sergey Sobyanin tikinti meydançasına baş çəkərək yeni “Olimpiyski” kompleksinin inşası ilə tanış olub. Layihənin təqdimatında azərbaycanəsilli iş adamı Qod Nisanov da iştirak edib.

Expressxeberler.az xəbər verir ki, Sobyanin MAX messencerindəki paylaşımında yeni kompleksin müasir memarlıq, innovativ texnologiyalar və şəhər həyatının dinamikasını birləşdirən unikal məkan olacağını bildirib.

Layihəyə əsasən, burada idman, mədəniyyət, biznes və istirahət imkanları vahid kompleksdə cəmləşdiriləcək. Çoxfunksiyalı kompleks dörd tikilidən ibarət olacaq. Onlardan üçü ümumi stilobat üzərində birləşdiriləcək. Əsas binada isə tarixi memarlıq xüsusiyyətlərinin qorunması nəzərdə tutulur.

Layihənin ən diqqətçəkən elementlərindən biri yerdən 50 metr yüksəklikdə yerləşəcək, 12 min tamaşaçı tutumuna malik konsert zalıdır. Layihə müəlliflərinin təqdimatına görə, bu, dünyada belə yüksəklikdə yaradılan ilk konsert kompleksi olacaq.

Tamaşaçılar zala 72 metr uzunluğunda “Ulduz eskalatoru” vasitəsilə çatacaqlar.

Kompleksdə biznes tədbirləri, müasir incəsənət sərgiləri və forumların keçirilməsi üçün ayrıca tədbirlər mərkəzi də yaradılacaq. Bundan əlavə, 38 restoranı birləşdirən panoramik fırlanan restoran kompleksi, açıq havada gəzinti üçün “Olimpiyski bulvarı” və 10 kinoteatr zalından ibarət əyləncə məkanı fəaliyyət göstərəcək.

Layihənin digər qeyri-adi yeniliklərindən biri isə 41 metr yüksəklikdə salınacaq bir kilometrlik qaçış zolağıdır. Təqdimat zamanı bu zolağın BRICS Rekordlar Kitabında qeydə alınmış rekord olduğu bildirilib.

Yeni kompleksin Moskvada idman, əyləncə və mədəniyyət imkanlarını bir araya gətirən mühüm məkanlardan birinə çevrilməsi gözlənilir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

25 baxış
Paylaş: