‼️Öcalan azadlığa çıxdı- SENSASİYA

IMG_2566 Dünya
01:54

PKK terror təşkilatının lideri Abdullah Öcalan az öncə komissiya (Silahsızlanma və Strateji Koordinasiya Alt Komissiyası) üzvü təyin edildi. Komissiya üzvü olduğu andan etibarən məhkumluğu sona çatdı.

Expressxeberler.az xəbər verir ki, Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ PKK terror təşkilatının lideri Abdullah Öcalanın statusu ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Siyasətçinin sözlərinə görə, qanunvericilik məhkum şəxsin dövlət komissiyasında üzv və ya əməkdaş kimi fəaliyyət göstərməsinə imkan vermir.

Özdağ bildirib ki, Öcalan bundan sonra həbsxanada deyil, onun üçün İmralıda hazırlanmış xüsusi yaşayış binasında qalacaq. Onun iddiasına görə, həmin məkan iş fəaliyyəti, görüşlər və siyasi məsələlərin idarə olunması üçün də təchiz edilib.

Zəfər Partiyasının sədri Öcalanın faktiki olaraq azadlığa buraxıldığını irəli sürərək bunun Türkiyə cəmiyyətinə necə izah ediləcəyini sual edib.

O, həmçinin Öcalanın irəli sürdüyü bəzi tələblər barədə məlumatlı olduğunu və həmin tələbləri yaxın zamanda ictimaiyyətə açıqlaya biləcəyini bildirib.

Qeyd edək ki, Ümit Özdağın məhkumluğun sona çatması və azadlığa buraxılma ilə bağlı fikirləri onun şəxsi iddialarıdır. Abdullah Öcalanın hüquqi statusunun dəyişməsi barədə rəsmi qərar açıqlanmayıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#AbdullahÖcalan #ÜmitÖzdağ #Türkiyə #Expressxeberler #Expressxeberler.az

 

 

 

588 baxış
Paylaş: