4 tibb müəssisəsində ciddi nöqsanlar aşkarlandı

IMG_3482 Dünya
11:12

Gəncədə xəstəxanalarda ciddi qanun pozuntuları – Rəhbərləri vəzifədən gedə bilər!

Expressxeberler.az xəbər verir ki, Gəncənin bir sıra iri tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

TƏBİB-in Daxili nəzarət departamenti tərəfindən keçirilən yoxlamalar təxminən 15 gün davam edib.

Pozuntular Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanada, 2 saylı poliklinikada, Gəncə Endokrinoloji Xəstəliklər Xəstəxanasında və Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində müəyyən edilib.

Məlumata görə, tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq olunub. Onlardan bəzilərinin vəzifələrindən azad ediləcəyi gözlənilir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Gəncə #TƏBİB #Səhiyyə #Xəbər

874 baxış
Paylaş: