Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu

IMG_7532 Dünya
02:15

Expressxeberler.az xəbər verir ki, sentyabrın 27-də Ukraynanın paytaxtı Kiyev Rusiyanın növbəti hücumlarına məruz qalıb. Gecə saatlarında şəhərdə dron hücumları da davam edib.

Həlak olanlar arasında azərbaycanlının da olduğu bildirilir. Əslən Kürdəmir rayonundan olan, 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasovun hücum zamanı həyatını itirdiyi qeyd olunur. Abbas Abbasov Kiyevdəki bazarda ticarətlə məşğul olub.

Hücum nəticəsində ərazidə yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə şəxsi heyət və texnika cəlb olunub.

Məlumata görə, daha bir şəxsin meyiti yük maşınında aşkarlanıb. Onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

46 baxış
Paylaş: