Xaricdən yönləndirilən təxribatlara cavab verməyə hazırıq!
Siyasət
Expressxeberler.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın nailiyyətləri və müstəqil siyasətinin bəzi qüvvələri narahat etdiyini bildirib.
O, bu fikirləri Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə səsləndirib.
Paşazadə qeyd edib ki, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə və mənəvi dəyərlərinə qarşı yönələn təxribatlara cavab verməyə hazırdır.
QMİ sədri vurğulayıb ki, xalq və dindarlar ideoloji təhdidlərə qarşı ayıq-sayıqdırlar. Onun sözlərinə görə, Azərbaycan dindarları ölkənin uğurları ilə fəxr edir və dövlətin yanında olduqlarını bildirirlər.
Paşazadə müstəqil Azərbaycanın həyat modelini ölkənin milli sərvəti kimi xarakterizə edib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal olur



