İranda şəhər rəhbəri öldürüldü
Gündəm
Expressxeberler.az xəbər verir ki, İranın Çaharmahal və Bəxtiyari əyalətinin Cunqan şəhərinin rəhbəri səhər saatlarında silahlı hücuma məruz qalaraq öldürülüb.
Hadisə ilə bağlı məlumatı əyalət rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əbdül Əli Arjanq dövlət mediasına açıqlamasında verib.
Hələlik hücumu törədən şəxs və ya şəxslərin kimliyi, eləcə də hadisənin səbəbləri barədə rəsmi məlumat açıqlanmayıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
177
baxış



