ABŞ İsrailə 10 hərbi təyyarə göndərdi – İrana hücuma hazırlıq…
Dünya
Expressxeberler.az xəbər verir ki, ABŞ ordusuna məxsus azı 10 hərbi nəqliyyat təyyarəsi İsrailə göndərilib.
Məlumata görə, təyyarələr İsrailin cənubundakı Ovda və Nevatim aviabazalarına eniş edib. Daşınmaların hava hücumundan müdafiə sistemləri və raket ehtiyatlarının yenilənməsi ilə əlaqəli olduğu ehtimal edilir.
Bununla yanaşı, ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirdiyi bildirilir. Bu addımlar İsrail və ABŞ-ın İrana qarşı mümkün hərbi ssenarilərə hazırlaşması ilə bağlı müzakirələri artırıb.
Hələlik İrana hücumla bağlı rəsmi qərar açıqlanmayıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#ABŞ #İsrail #İran #Gündəm #Expressxeberler
3. 049
baxış



