İran müharibəyə hazırlaşır: “Silahlı qüvvələrimiz ən yüksək hazırlıq səviyyəsindədir”

IMG_1343 Dünya
19:04

İran müharibəyə hazırdır: “Silahlı qüvvələrimiz ən yüksək hazırlıq səviyyəsindədir”

Expressxeberler.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin mümkün müharibəyə tam hazır olduğunu açıqlayıb.

O, Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində İranın hərbi imkanlarını yenilədiyini, zəif tərəflərini aradan qaldırdığını və yeni silahları sınaqdan keçirdiyini bildirib.

Nazirin sözlərinə görə, İran silahlı qüvvələri hazırda ən yüksək hazırlıq səviyyəsindədir. Tehran müharibənin baş verməsi ehtimalını istisna etmir və bütün mümkün ssenarilərə hazırdır.

Əraqçi İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığının normallaşması üçün hələ çox iş görülməli olduğunu da qeyd edib. O, ölkəsinin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsində öhdəliklərinə sadiq qaldığını vurğulayıb.

XİN rəhbəri Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasını istədiklərini bildirib.

Hörmüz boğazı ilə bağlı isə Əraqçi boğazın açılmasını İran və Oman tərəfindən müəyyən edilmiş yeni gəmiçilik marşrutunun qəbul edilməsi ilə əlaqələndirib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#İran #Əraqçi #Müharibə #HörmüzBoğazı #Expressxeberler

534 baxış
Paylaş: