‼️SON DƏQİQƏ- ABŞ-da təyyarə qəzası – Çox sayda ölən var
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, ABŞ-ın Florida ştatında baş verən təyyarə qəzası doqquz nəfərin həyatına son qoyub.
Qrinakres şəhərində “Learjet” biznes-jeti qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub.
ABŞ-ın nəqliyyat naziri Şon Daffinin açıqlamasına görə, təyyarə Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamət alıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Nəqliyyat Nazirliyi qəzanın səbəblərini araşdırır.
Hadisə zamanı yerdə olan şəxslərin xəsarət alıb-almaması barədə hələlik məlumat açıqlanmayıb.
Dünyada və ölkəmizdə baş verən son hadisələrdən xəbərdar olmaq üçün hər gün Expressxeberler.az saytını izləyin.
#ABŞ #TəyyarəQəzası #Florida #Expressxeberler #Expressxeberler.az
806
baxış



