Məşhurların başı dərddə:Uduzsalar, 50 milyon ödəyəcəklər!
Dünya
Şahzadə Harri və Elton Con yenidən məhkəməyə üz tutdu – 50 milyon funt sterlinqlik təhlükə!
Expressxeberler.az xəbər verir ki, Şahzadə Harri, britaniyalı müğənni Elton Con və daha dörd tanınmış şəxs “Daily Mail” qəzetinin naşiri “Associated Newspapers”ə qarşı məhkəmə qərarından apellyasiya şikayəti veriblər.
Məşhurlar əvvəlki məhkəmə qərarının ləğvini və məhkəmə xərclərini ödəmək öhdəliyinə yenidən baxılmasını tələb edirlər. Qərar onların 50 milyon funt sterlinqdən artıq vəsait ödəməsinə səbəb ola bilər.
İddiaçılar nəşriyyatın jurnalistlərini və əməkdaşlıq etdiyi şəxsi detektivləri qanunsuz yollarla şəxsi məlumatlar toplamaqda, telefon danışıqlarını dinləməkdə və səsli mesajları ələ keçirməkdə ittiham ediblər. Nəşriyyat isə ittihamları rədd edib.
11 həftə davam edən məhkəmə prosesində hakim iddiaların sübut olunmadığı qənaətinə gələrək qərarı nəşriyyatın xeyrinə çıxarıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #ŞahzadəHarri #EltonCon #DünyaXəbərləri



