Özcan Dənizin xanımı ölümdən döndü – Əməliyyatı təxirə salındı
Dünya
Özcan Dənizin həyat yoldaşı xəstəxanada ölüm qorxusu yaşadı – Nəbzi 220-yə yüksəldi!
Expressxeberler.az xəbər verir ki, türkiyəli müğənni və aktyor Özcan Dənizin həyat yoldaşı Samar Dadqar səhhətində yaranan ciddi problem səbəbindən qorxulu anlar yaşayıb.
O, sosial şəbəkədə paylaşım edərək əməliyyatdan iki gün əvvəl xəstəxanaya getdiyini, lakin qəfil vəziyyətinin pisləşdiyini bildirib. Samar Dadqarın sözlərinə görə, təxminən 9 saat davam edən ağır vəziyyət zamanı nəbzi 220-yə qədər yüksəlib, nəfəs almaqda və danışmaqda çətinlik çəkib.
Həkimlərin təcili müdaxiləsi nəticəsində onun vəziyyəti nəzarət altına alınıb.
Dadqar yaşananların xəstəxanada vurulan C vitamininə qarşı allergik reaksiyadan qaynaqlana biləcəyini düşündüyünü bildirib. O, əvvəllər də allergiyası olduğunu həkimlərə xəbər verdiyini qeyd edib. Hadisənin dəqiq səbəbi isə hələ açıqlanmayıb.
Samar Dadqar bu anları həyatının ən qorxulu 9 saatı kimi təsvir edib. Hazırda vəziyyətinin yaxşılaşdığını, lakin nəbzinin 105 olduğunu və yuxusuzluqdan əziyyət çəkdiyini bildirib.
Yaşanan hadisədən sonra onun diz əməliyyatı təxirə salınıb. Samar Dadqar bir müddət evdə istirahət edəcəyini açıqlayıb.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #ÖzcanDəniz #SamarDadgar #Məşhurlar #ŞouBiznes



