İtaliyada film kimi qarət – Avtomagistralda inkassatoru partlatdılar -ŞOK VİDEO
Dünya
İtaliyada zirehli inkassatora silahlı hücum – partlayıcılarla qarət cəhdi!
Expressxeberler.az xəbər verir ki, İtaliyanın cənub-şərqində yerləşən Pulya bölgəsində silahlı və maskalı, təxminən 10 nəfər zirehli inkassator avtomobilini qarət etməyə cəhd edib.
Hadisə Cerinyola ilə San Ferdinando-di-Pulya şəhərləri arasındakı 16 nömrəli avtomobil yolunda baş verib.
Hücum edənlər inkassatorun qarşısını kəsmək üçün ehtimal ki, oğurlanmış iki avtomobili yandıraraq yolda barrikada qurublar. Daha sonra zirehli avtomobilin pul bölməsinə daxil olmaq məqsədilə partlayıcı maddələrdən və kəsici alətlərdən istifadə ediblər.
Qarətçilərin qaçış zamanı iki sərnişini olan avtobusu da saxlayaraq yolu bağladıqları bildirilir.
İnkassator avtomobilindəki pulun ələ keçirilib-keçirilmədiyi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Hücum magistralda nəqliyyatın hərəkətində ciddi fasilələrə səbəb olub.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #İtaliya #Qarət #Hadisə



