Gəncəyə nəvəsinin andiçməsinə getdi, itkin düşdü

IMG_4769 Cəmiyyət
02:28

Gəncədə nəvəsinin andiçmə mərasiminə gedən 84 yaşlı kişi itkin düşdü – AXTARIŞA VERİLDİ

Expressxeberler.az xəbər verir ki, Astara rayonunun Kakalos kənd sakini, 84 yaşlı Mirzəcan Hüseynov Gəncədə itkin düşüb.

Məlumata görə, yaşlı kişi Gəncədə yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak edib. Mərasimdən sonra ondan xəbər almaq mümkün olmayıb.

Onun itkin düşməsi ilə bağlı ailə üzvləri polisə müraciət ediblər. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, 84 yaşlı şəxsin naməlum istiqamətə getməsi barədə müraciət daxil olub və o, axtarışa elan edilib. Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

Mirzəcan Hüseynov itkin düşərkən qara papaq, gödəkcə, şalvar və qəhvəyi köynək geyinib.

Onu görən və ya harada olduğu barədə məlumatı olan şəxslərdən oğlu ilə (+994 50) 683 37 23 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Gəncə #İtkin #Astara #Axtarış

103 baxış
Paylaş: