Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs olundu
Gündəm
Qəbələdə avtoxuliqanlıq edən sürücü həbs edildi
Expressxeberler.az xəbər verir ki, Qəbələ rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən “Chevrolet” markalı avtomobilin sürücüsü Ərəstun Osmanlı saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ərəstun Osmanlının nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin.
#Qəbələ #Avtoxuliqanlıq #Expressxeberler.az
40
baxış



