Türkiyədə polis “Sözcü TV” binasında əməliyyat keçirib – Saxlanılanlar var
Gündəm
Türkiyədə məşhur telekanalın binasına polis basqını: Rəhbərlər saxlanıldı
Expressxeberler.az xəbər verir ki, Türkiyədə polis “Sözcü TV”nin binasında əməliyyat keçirib.
Əməliyyatdan sonra binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Əməliyyat çərçivəsində şirkətin Direktorlar Şurasının sədri Funda Tuncer Sıdalı və telekanalın keçmiş baş direktoru Asim Akgül saxlanılıblar.
“Sözcü” Media Qrupunun vəkili Ersan Barkın açıqlamasına görə, Türkiyə Əmanət Sığorta Fondu (TMSF) “Sözcü TV” telekanalına və sozcu.com.tr xəbər saytına qəyyum təyin edib.
#Türkiyə #SözcüTV #PolisƏməliyyatı #Expressxeberler.az
24
baxış



