Quldurluq edib, 11 min manatı talayanlar saxlanıldı

IMG_1636 Gündəm
13:20

Neftçalada ev sahibinə hücum edib 11 min manatını taladılar: İki nəfər həbs edildi

Expressxeberler.az xəbər verir ki, Neftçala rayonunda ev sahibinə qarşı quldurluq edilməsi və 11 min manat pulun talanması ilə bağlı polisə məlumat daxil olub.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q. Talıbov və N. Muxtarov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, şübhəlilər quldurluq hadisəsini əvvəlcədən planlaşdırıblar və əldə etdikləri pulu öz aralarında bölüblər.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Neftçala #Quldurluq #Hadisə #Expressxeberler.az

15 baxış
Paylaş: