Azərbaycanda 80 yaşlı qadının ölkədən çıxışına qadağa qoyuldu – SƏBƏB
Cəmiyyət
80 yaşlı qadının ölkədən çıxışına qadağa qoyuldu – SƏBƏB
Expressxeberler.az xəbər verir ki, Azərbaycanda 80 yaşlı Rahilə Quliyevanın 5 394,14 manat vergi borcuna görə ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Məlumata görə, qadının Dövlət Sosial Müdafiə Fonduna olan borcu uzun müddət ödənilməyib. Dövlət Vergi Xidmətinin ərazi üzrə vergi idarəsi borcun qaytarılması ilə bağlı ona dəfələrlə bildiriş göndərsə də, ödəniş həyata keçirilməyib.
Bundan sonra vergi idarəsi məhkəməyə müraciət edərək borc tam ödənilənədək qadının ölkədən çıxışının məhdudlaşdırılmasını tələb edib.
Məhkəmə iddianı təmin edib və Rahilə Quliyevanın ölkədən çıxışına müvəqqəti qadağa qoyulması barədə qərar qəbul edib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Azərbaycan #Vergi #Məhkəmə



