371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi

IMG_1577 Cəmiyyət
10:09

371 roman yazan britaniyalı yazıçı süni intellektə görə ölüm təhdidləri aldı

Expressxeberler.az xəbər verir ki, britaniyalı yazıçı Koral Hart süni intellektdən (AI) istifadə etdiyini açıqladıqdan sonra təhqirlərə və ölüm təhdidlərinə məruz qalıb.

Yazıçı bu barədə “The Guardian” nəşrinə danışıb.

Koral Hart əsərlərinin hazırlanmasında süni intellektdən fəal istifadə etdiyini gizlətməyib. Məlum olub ki, o, 20 ay ərzində müxtəlif təxəllüslərlə 371 roman yazıb.

Bu açıqlama ədəbiyyat tənqidçilərinin, həmkarlarının və özünü aldadılmış hesab edən oxucuların sərt reaksiyasına səbəb olub.

Hart bildirib ki, süni intellektdən istifadə etdiyini etiraf edən şəxslər dərhal təhqirlərə və hətta ölüm təhdidlərinə məruz qalırlar.

Yazıçının fikrincə, bu qəzəbin əsas səbəbi insanların süni intellekt qarşısında duyduğu qorxudur.

Qeyd edək ki, 2026-cı ilin iyulunda süni intellekt şirkətlərinin modellərin təlimi üçün milyonlarla kitabı skan etdikdən sonra məhv etməsi məsələsi də gündəmə gəlib.

“Anthropic” şirkətinin müəllif hüquqları ilə qorunan kitabların pirat nüsxələrindən istifadə etməsi ilə bağlı məhkəmə prosesi zamanı texnologiya şirkətlərinin süni intellekt modellərini öyrətmək məqsədilə çap kitabları aldığı, daha sonra isə həmin kitabları məhv etdiyi məlum olub.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Süniİntellekt #KoralHart #Ədəbiyyat #Expressxeberler.az

86 baxış
Paylaş: