İranpərəstlər Azərbaycan səfirliyi qarşısında təxribata cəhd etdi!- FOTO

Screenshot Dünya
Screenshot
04:13

­Expressxeberler.az xəbər verir ki, Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin qarşısında təxribat xarakterli aksiya təşkil olunub.

Aksiyada 10-15 nəfər iştirak edib. Onların əlində İran bayraqları və İranın ilk ali dini lideri Ruhullah Xomeyninin portretləri olub.

Əsasən qadınlardan ibarət olan aksiya iştirakçıları səsgücləndiricilər vasitəsilə müxtəlif şüarlar səsləndirərək Azərbaycanda guya hicaba qarşı təzyiqlərin olduğunu iddia ediblər.

Azərbaycanın Londondakı səfirliyinin məlumatına görə, aksiya iştirakçıları dini şüarlar və siyasi simvollar vasitəsilə ölkəmizin daxili siyasəti ilə bağlı məsələləri manipulyasiya etməyə çalışıblar.

Səfirlik bu hadisəni Azərbaycanın müstəqil siyasətinə və suveren qərarlarına qarşı yönəlmiş təxribat cəhdi kimi qiymətləndirib.

Xüsusilə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarın dini azadlıqlara qarşı addım kimi təqdim edilməsinə diqqət çəkilib.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#London #Azərbaycan #İran #Expressxeberler #Expressxeberler.az

1. 319 baxış
Paylaş: