Məktəbdə faciə yaşayan şagirdin anası da faciəvi şəkildə ölüb
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin VII sinif şagirdinin ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.
Məlumata görə, şagirdin anası Səadət Dadaşova da 2023-cü ilin avqustunda faciəvi hadisə nəticəsində həyatını itirib.
Belə ki, 2023-cü il avqustun 16-da saat 10 radələrində Salyan şəhəri ərazisindən keçən Salyan-Salmanlı dəmiryol xəttinin 45-ci kilometrində hərəkətdə olan qatar 1969-cu il təvəllüdlü Səadət Azadxan qızı Dadaşovanı vurub.
Ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Bakı #Yasamal #Məktəb #Salyan #Hadisə #Expressxeberler #Expressxeberler.az



