Meyiti tapılan gənc FHN əməkdaşı imiş – FOTOLAR
Dünya
Göyçayda 28 yaşlı sakinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb.
Expressxeberler.az xəbər verir ki, həyatını itirən şəxs 1998-ci il təvəllüdlü Əzizov Elçin Elman oğludur. Şəhər sakini olan mərhumun subay olduğu və ailənin yeganə övladı olduğu bildirilir.
Məlumata görə, Elçin Əzizov Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
#Göyçay #FHN #Hadisə #Azərbaycan #Araşdırma
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun
697
baxış



