‼️SON DƏQİQƏ-Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

IMG_2423 Cəmiyyət
21:50

Expressxeberler.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində olan təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib.

Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq qərara əsasən, Quba rayonunda yerləşən bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları yenilənib.

Belə ki, məktəbəqədər təhsil müəssisələrində Timiryazev adı Bəhrəli, Alekseyevka adı isə Çinarlı ilə əvəz olunub.

Ümumi təhsil müəssisələrində də dəyişiklik edilib. Vladimirovka kəndindəki təhsil müəssisələrinin adı Elbir, Alekseyevka kəndindəki müəssisələrin adı isə Çinarlı olaraq dəyişdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 1-də Quba rayonunun bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi haqqında qanunu təsdiqləyib. Qanuna əsasən, Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev yaşayış məntəqəsi isə Bəhrəli adlandırılıb.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Quba #Təhsil #Məktəblər #Expressxeberler #Expressxeberler.az

1. 814 baxış
Paylaş: