SON DƏQİQƏ! Tramp Çində: Belə QARŞILANDI – Putini isə…
Dünya
Tramp Şençjenə gəldi – Putin və Si Cinpinlə görüşəcək
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək, həmçinin Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə üçtərəfli görüş keçirmək məqsədilə Çinin Şençjen şəhərinə səfər edib.
Expressxeberler.az xəbər verir ki, bu barədə Çinin “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, Tramp APEC-in iqtisadi liderlərinin 33-cü görüşündə iştirak etmək üçün Şençjenə gəlib. Onu hava limanında Çin lideri Si Cinpin şəxsən qarşılayıb.
Rusiya Prezidenti Vladimir Putini isə Çində ölkənin xarici işlər naziri Van İ qarşılayıb.
Qeyd edək ki, APEC sammiti noyabrın 18-19-da Şençjen şəhərində keçirilir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Expressxeberler
Kateqoriya: Dünya



