Məşhur rusiyalı model əməliyyatdan sonra ağrıdan ağlayıb: Vəziyyəti ağırlaşıb
Dünya
Expressxeberler.az xəbər verir ki, məşhur rusiyalı bloqer və model Mariya Poqrebnyak əməliyyatdan dərhal sonra TNT telekanalında yayımlanan “İdeal qarət” realiti-şousunda iştirak etdiyini açıqlayıb.
Model bildirib ki, çəkilişlər zamanı antibiotik qəbul edir, yorğanın altında ağrıdan ağlayırmış. Bir müddət sonra isə səhhəti daha da pisləşib.
Poqrebnyakın sözlərinə görə, isti havaların başlaması ilə əməliyyatdan sonra yaranmış yara irinləməyə başlayıb və orqanizmində ciddi iltihabi proses yaranıb.
O, səhhətindəki problemləri digər iştirakçılardan gizlətdiyini, şouda iştirak etmək arzusuna görə bütün ağrılara dözdüyünü etiraf edib.
Qeyd edək ki, bundan əvvəl model ona şok yaradan diaqnoz qoyulduğunu açıqlamış və pnevmoniyaya tutulduğunu bildirmişdi.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Rusiya #MariyaPoqrebnyak



