Apple istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: Dünyanın hər yerində sistem çökdü!

Screenshot Dünya
Screenshot
04:24

🚨 “Apple” istifadəçilərinə ÜZÜCÜ XƏBƏR!

Expressxeberler.az xəbər verir ki, “Apple” şirkətinin xidmət və tətbiqlərində dünyanın müxtəlif ölkələrində ciddi nasazlıqlar yaranıb.

İstifadəçilər “iPhone” cihazlarında tətbiqləri yükləmək, yeni telefonları aktivləşdirmək və şəxsi hesablarına daxil olmaqda çətinlik çəkirlər.

Bundan başqa, “Apple Pay” və “iCloud” xidmətlərinin fəaliyyətində də problemlər qeydə alınıb.

Nasazlıqla bağlı şikayətlər Rusiya da daxil olmaqla, bir sıra ölkələrdən daxil olub. İstifadəçilər sistemin fəaliyyətində yaranan fasilələrdən narazılıqlarını bildirirlər.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Apple #iPhone #Texnologiya

372 baxış
Paylaş: