🇦🇿 ŞANLI ZƏFƏRİMİZİN 6-CI İLDÖNÜMÜ – ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK !
Gündəm
Bu gün Azərbaycan xalqının qürur, şərəf və qəhrəmanlıq tarixidir!
8 Noyabr – Zəfər Günü! Altı il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqımıza tarixi Qələbə sevincini yaşatdı.
44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimiz canları və qanları bahasına torpaqlarımızı azad edərək Azərbaycanın şanlı tarixini yazdılar.
Bu möhtəşəm Zəfər bizə əbədi qürur, birlik və fəxarət bəxş etdi.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
🇦🇿 Zəfər Günümüz mübarək, Azərbaycan!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
#ZəfərGünü #8Noyabr #Azərbaycan #Expressxeberler.az
120
baxış



