Bakıda 2 həftədir bitməyən qazıntı işləri sürücüləri cana doyurdu – 5 kilometrlik yol 2 saata gedilir

Screenshot Dünya
Screenshot
04:43

Bakıda 2 həftədir bitməyən qazıntı işləri sürücüləri cana doyurdu – 5 kilometrlik yol 2 saata gedilir

Expressxeberler.az xəbər verir ki, paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində aparılan qazıntı işləri artıq iki həftədir davam edir. AFFA-nın qarşısında yolun daraldılması isə sürücülər üçün ciddi problemə çevrilib.

Ərazidə yaranan tıxac səbəbindən hər gün minlərlə sürücü yollarda vaxt itirir. Xüsusilə məhəllədaxili yollardan 8 Noyabr prospektinə çıxmaq istəyən avtomobillər uzun müddət gözləməli olurlar.

Sürücülər işlərin ləng aparılmasından narazılıqlarını bildirirlər.

“Yolun yarısı bağlanıb, işə normal qaydada çata bilmirik”, – deyə sürücülərdən biri bildirib.

Digər sürücü isə övladını məktəbə çatdırmaqda çətinlik çəkdiyini deyib:

“Uşağı dərsə aparmaq üçün saat 7-də evdən çıxıram. Ara məsafəsi 5 kilometrdir. Saat 9-da gedib çıxa bilmirəm, uşaq gecikir”.

Başqa bir sürücü isə görülən işlərin sürətindən narazılığını ifadə edib:

“Buradan Ağ Şəhərə yol 1 saat çəkir. 3 nəfər işləyir orada. Nə var ki, üstünü örtməyə?”

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı bildirilib ki, təmir işlərinin aparılması üçün əraziyə kifayət qədər işçi cəlb olunub. Kollektorun aşınmış divarlarında bərpa işləri artıq başa çatıb və hazırda son bərpa mərhələsinə başlanılıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Bakı #Tıxac

Kateqoriya: Hadisə

78 baxış
Paylaş: