79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

IMG_1389 Gündəm
21:02

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb.

Expressxeberler.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı maraqlı açıqlamalar verib.

Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənni bu qidalanma rejimini həyat yoldaşı Emelin təşkil etdiyini vurğulayıb.

“Özümü həyat yoldaşıma təslim etmişəm. Məni çox yaxşı qidalandırır. Çox şeyi özümə dərd etmirəm, heç nəyə görə narahatlıq keçirmirəm. Uşaqlar niyə xoşbəxtdir? Çünki onlar daim məşğuldurlar. Mən də həmişə məşğulam”, – deyə sənətçi bildirib.

#ErolEvgin #Türkiyə #ŞouBiznes #Müğənni #Məşhurlar

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

359 baxış
Paylaş: