9 mərtəbəli binada əməliyyat: Uşaq xilas edildi

IMG_1589 Gündəm
19:50

Gəncədə 9 mərtəbəli binada əməliyyat: Azyaşlı xilas edildi – VİDEO

Expressxeberler.az xəbər verir ki, Gəncə şəhərinin Yeni Gəncə yaşayış massivində azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 2017-ci il təvəllüdlü Nurəddin Əhmədovu xilas ediblər.

Azyaşlı daha sonra valideynlərinə təhvil verilib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Gəncə #FHN #Xilasetmə

115 baxış
Paylaş: