Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Gündəm
Expressxeberler.az xəbər verir ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Məlumata görə, daha əvvəl qəsdən adamöldürmə, qanunsuz odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilən M.Mirzəyev polis əməkdaşları tərəfindən tabel silahından istifadə edilməklə zərərsizləşdirilib.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son və aktual xəbərlər üçün Expressxeberler.az-ı izləyin.
14
baxış
Instagram səhifəmizə abunə olun
›



