Bakıda bütün universitetlər distant təhsilə keçdi – YENİLƏNİB

IMG_6207 Cəmiyyət
21:59

Expressxeberler.az xəbər verir ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi 23-25 sentyabr tarixlərində distant formada təşkil olunacaq.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, qərar yarış günlərində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə qəbul edilib.

Beləliklə, paytaxtda fəaliyyət göstərən ali təhsil müəssisələrində dərslər 3 gün ərzində onlayn keçiriləcək.

Qeyd edək ki, Bakı Dövlət Universitetində də 23-25 sentyabr tarixlərində dərslərin məsafədən təşkili ilə bağlı qərar qəbul olunub.

Ən son yenilikləri Expressxeberler.az-dan izləyin.

120 baxış
Paylaş: