Bu işdə çalışanların ödündə daş yaranır – SƏBƏBİ AÇIQLANDI

IMG_6626 Cəmiyyət
04:30

Expressxeberler.az xəbər verir ki, oturaq həyat tərzi öd kisəsində daşların yaranması riskini artıra bilər.

Həkim Olqa Çirkova öd daşı xəstəliyinin yaranmasına səbəb olan əsas amillərdən danışıb.

Mütəxəssisin sözlərinə görə, qaraciyərin istehsal etdiyi ödü saxlayan öd kisəsi yağların həzmi üçün mühüm rol oynayır. Uzun müddət hərəkətsiz qalmaq isə ödün kisədə durğunlaşmasına və zamanla daşların əmələ gəlməsinə şərait yarada bilər.

Həkim bildirib ki, artıq çəki də öd daşı riskini artıran amillərdəndir. Qadınlarda isə bu xəstəliyə daha çox rast gəlindiyi qeyd olunur.

Öd daşları uzun müddət heç bir əlamət verməyə bilər. Lakin daş öd yoluna düşərək kanalı tutduqda güclü ağrı meydana çıxa bilər. Ağrının bir neçə dəqiqədən bir neçə saata qədər davam edə biləcəyi bildirilir.

Həkimə müraciət tələb edən hallarda ağrı daha da şiddətlənə, qızdırma və sarılıq yarana bilər.

Sağlamlığınızla bağlı şikayətləriniz varsa, vaxtında həkimə müraciət etməyiniz tövsiyə olunur.

Expressxeberler.az – ən son xəbərləri operativ şəkildə sizə çatdırır.

121 baxış
Paylaş: