Tovuzda Məktəbdən qayıdan iki şagird qəza qurbanı oldu: vəziyyətləri açıqlanıb
Cəmiyyət
Tovuzda iki məktəblini maşın vurdu: biri reanimasiyaya yerləşdirildi
Expressxeberler.az xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar qəsəbəsində baş verib.
İlkin məlumata görə, avtomobilin vurması nəticəsində 2010-cu il təvəllüdlü X. Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralı məktəblilərdən biri Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralı isə müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Expressxeberler.az hadisənin təfərrüatlarını dəqiqləşdirir.
6
baxış
Instagram səhifəmizə abunə olun
›



