Şakiranın 20 ildən sonra qayıdışı ölkədə bahalaşmaya səbəb oldu

IMG_7537 Cəmiyyət
02:23

Expressxeberler.az xəbər verir ki, Şakiranın Qahirədə keçiriləcək konserti ilə əlaqədar Misirdə tur və hotellərin qiymətlərində ciddi artım qeydə alınıb.

Məlumata görə, müğənninin gözlənilən səfəri turistlər üçün səyahət xərclərini əhəmiyyətli dərəcədə artırıb. Tur operatorlarının məlumatına əsasən, noyabrın 28-də konsert məkanının yaxınlığında yerləşən beşulduzlu kurortda iki nəfərin bir həftəlik qalması təxminən 10 240 dollara başa gələcək. Noyabrın ortalarında isə bu məbləğ təxminən 6 510 dollar olub.

Qahirədə hotellərin orta qiymətlərinin 8-10 faiz artdığı bildirilir. Hurqada və Şarm əl-Şeyx kimi kurort bölgələrində isə qiymətlərdə 178-355 dollar arasında artım qeydə alınıb.

Qeyd edək ki, bu, Şakiranın 20 ildən sonra Misirə ilk səfəri olacaq.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

38 baxış
Paylaş: