“Kurtlar Vadisi”nin məşhur aktyorları illər sonra bir arada – Fotolar

Screenshot Dünya
Screenshot
03:56

“Kurtlar Vadisi”nin məşhur aktyorları illər sonra eyni filmdə – “Cerrahpaşalılar”

Expressxeberler.az xəbər verir ki, Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının tanınmış aktyorları illər sonra “Cerrahpaşalılar” adlı bədii filmdə bir araya gəliblər.

Filmdə İstanbulun köklü kabadayı ailələri ilə yeni nəsil mafiya arasında hakimiyyət mübarizəsi təsvir olunur. Süjetin mərkəzində yeraltı dünyanın nüfuzlu simalarından ibarət “Böyük Masa” dayanır.

Filmin rejissoru və prodüseri Burak Can Çelikdir. Ekran işində Attila Olgaç, Ümit Acar, Levent Çakır və Melih Çardak kimi tanınmış aktyorlar yer alıblar.

Yeni nəsil mafiyanı təmsil edən Savaş obrazını Erdem Kaynarca canlandırır. Onun köhnə kriminal sistemi dəyişmək istəyi İstanbulun yeraltı dünyasında böyük qarşıdurmaya səbəb olur.

Filmin çəkilişlərinin yekunlaşmaq üzrə olduğu bildirilir.

#Expressxeberler.az

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

155 baxış
Paylaş: