Stallonedən Riçard Girlə bağlı etiraf : “Dişlərini tökərdim”
Gündəm
Expressxeberlər xəbər verir ki, 80 yaşlı aktyor sentyabrın 29-da yayımlanan “The Steps” adlı memuarında Riçard Gir ilə “The Lords of Flatbush” filminin çəkilişləri zamanı yaşadığı gərginlikdən bəhs edib.
Stallonenin sözlərinə görə, problem filmin kastinq mərhələsində başlayıb. O, əvvəlcə Robert De Niro ilə yaxşı anlaşdığını və çəkilişlər zamanı improvizasiyadan zövq aldığını bildirib. Lakin Riçard Gir ilə improvizasiya zamanı vəziyyət dəyişib.
Aktyor qeyd edib ki, Gir çəkiliş zamanı onun köynəyindən tutub və dırnaqları dərisinə batıb. Stallone ondan əl çəkməsini istəyib, lakin aktyor bunu növbəti dublda da təkrarlayıb.
Stallone daha sonra rejissor Stiven Veronadan real həyatda belə vəziyyətə necə reaksiya verəcəyini canlandırmasına icazə istəyib. Rejissorun “Nə edərdin?” sualına aktyor “Dişlərini tökərdim” cavabını verib.
Gərginlik bununla da bitməyib. Stallonenin yazdığına görə, nahar fasiləsi zamanı onlar avtomobildə olarkən Riçard Girin əlindəki toyuq yeməyinin yağı onun ayağına tökülüb. Bundan sonra Stallone onu sinəsindən dirsəkləyib, avtomobildən çıxaraq arxa oturacaqdan çəkib.
“Riçard “Dostum, fiziki qarşıdurma yaşamaq istəmirəm” dedi. Mən isə “Artıq gecdir” cavabını verdim”, – deyə Stallone xatirələrində yazıb.
Rejissor Stiven Verona hadisəyə müdaxilə edərək iki aktyorun arasına girib. Nəticədə Riçard Gir filmdən uzaqlaşdırılıb, daha sonra Robert De Niro da layihəni tərk edib. Onları Perri Kinq və Henri Vinkler əvəzləyib.
Bu hadisə Stallone ilə Henri Vinkler arasında uzunmüddətli dostluğun yaranmasına da səbəb olub.
Qeyd edək ki, Silvester Stallone ilə Riçard Gir arasında illər sonra, 1990-cı illərdə də Şahzadə Diana ilə bağlı başqa bir fiziki qarşıdurmanın baş verməsinə az qaldığı barədə məlumat yayılmışdı.
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



