Abşeron məktəbində həyəcan: Şagirdlərdə hansı virus aşkarlanıb?
Gündəm
Abşeron məktəbində kütləvi zəhərlənmə, yoxsa rotavirusa yoluxma? – RƏSMİ AÇIQLAMA
Expressxeberler.az xəbər verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə bir neçə şagirdin özünü pis hiss etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, məktəbin bir neçə şagirdində rotavirus infeksiyası aşkarlanıb.
Qeyd edək ki, oktyabrın 29-da məktəbdən təcili tibbi yardıma çağırış daxil olub. Hadisə yerinə göndərilən briqada tərəfindən 8 nəfərə yerində tibbi yardım göstərilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, tibb müəssisəsindən əldə olunan məlumata əsasən, qida zəhərlənməsi faktı təsdiqini tapmayıb.
Beləliklə, ilkin olaraq zəhərlənmə ehtimalı ilə gündəmə gələn hadisənin rotavirus infeksiyası ilə əlaqəli olduğu açıqlanıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Abşeron #Ceyranbatan #Rotavirus #Təhsil #Expressxeberler.az



