Xalq artisti Zaur Rzayevin son VƏSİYYƏTİ: Oğlu hər kəsə müraciət etdi

IMG_2295 Gündəm
13:51

Xalq artisti Zaur Rzayevin son vəsiyyəti: Oğlu hər kəsə müraciət etdi

Expressxeberler.az xəbər verir ki, Xalq artisti Zaur Rzayevin oğlu Nadir Rzayev atasının son vəsiyyətini açıqlayıb.

O bildirib ki, mərhum sənətçi yas və dəfn mərasiminin lentə alınmasını və nümayiş etdirilməsini istəməyib.

Nadir Rzayev atasının istəyinə hörmətlə yanaşılmasını xahiş edib:

“Atamın vəsiyyəti bu olub. Onun yasını, dəfnini çəkib şoulaşdırmasınlar. Bizim ailə belə hallardan uzaqdır. Hamıdan xahiş edirəm, atamın vəsiyyətinə hörmətlə yanaşılsın. Atamın nəşi evimizdən götürüləcək. Bilirik, hamı öz işini görür. Amma Zaur Rzayevin də istəyi bu olub”.

Qeyd edək ki, Xalq artisti Zaur Rzayev ötən gün vəfat edib. Onun dünyasını dəyişməsi sənət dostları və pərəstişkarları arasında böyük kədərlə qarşılanıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#ZaurRzayev #XalqArtisti #Musiqi #Expressxeberler #Expressxeberler.az

1. 650 baxış
Paylaş: