Gözlənilməz qar yağışı – Yollar bağlandı, avtomobillər yolda qaldı

IMG_1332 Gündəm
14:37

Expressxeberler.az xəbər verir ki,havanın kəskin soyuması bir sıra bölgələrdə qar yağışı ilə nəticələnib.

Türkiyənin Muş, Qars və Ərzurum vilayətlərində yağan güclü qar ətrafı ağ örpəyə bürüyüb, avtomobil yollarında hərəkəti çətinləşdirib.

Muşda 2550 metr yüksəklikdə yerləşən Çavuştəpə ərazisinə qar yağıb. Üçevlər kənd yolunun həmin hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb. 10 kənd və 22 obaya gedən yolda təmizləmə işləri aparılır.

Ərzurumda intensiv qar yağışı nəticəsində bəzi avtomobillər yolda qalıb, bir sıra nəqliyyat vasitələri isə sürüşkən yolda idarəetməni itirərək yol kənarına çıxıb.

Qarsın Sarıqamış rayonunda iki gündür davam edən yağış yüksək dağlıq ərazilərdə qarla əvəzlənib.

Mərkəzi Anadolunun zirvəsi hesab edilən Erciyes dağında da temperaturun sıfır dərəcədən aşağı düşməsi ilə qar yağışı müşahidə olunub. Dağ ərazisi qısa müddətdə ağ örpəyə bürünüb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Türkiyə #QarYağışı #Hava #Expressxeberler #Expressxeberler.az

1. 077 baxış
Paylaş: