“Gərginliyin artmasının qarşısını amalıyıq” – Ərdoğan

IMG_2420 Gündəm
21:14

Expressxeberler.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Ərdoğan bu barədə İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Türkiyə lideri Rusiya-Ukrayna müharibəsinin təsirlərinin Qara dənizə də yayıldığını bildirib.

“Qara dənizdə mülki gəmilərə qarşı hücumların və gərginliyin artırılmasına yönələn cəhdlərin qarşısının alınması üçün səylərin gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Bu məsələni Rusiya ilə də müzakirə edərək prosesdə irəliləyişə nail olmağı hədəfləyirik”, – deyə Ərdoğan bildirib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Ərdoğan #Qaradəniz #Ukrayna #Expressxeberler #Expressxeberler.az

1. 358 baxış
Paylaş: