Ukrayna Lukoil-in belini qırdı: 17 milyon tonluq zavod…

IMG_1376 Gündəm
10:51

Ukrayna Rusiyanın ən böyük 5 neft emalı zavodundan birini vurdu – Güclü yanğın başladı

Expressxeberler.az xəbər verir ki, ötən gecə Ukrayna Rusiyanın Nijni Novqorod vilayətində yerləşən Kstovo Neft Emalı Zavoduna zərbə endirib.

Hücumdan sonra gecə saatlarında müəssisənin ərazisində yanğın başlayıb. Hadisə yerindən çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.

OSINT kanalları zərbənin məhz Kstovo Neft Emalı Zavoduna endirildiyini və nəticədə müəssisədə genişmiqyaslı yanğın baş verdiyini bildiriblər.

Kstovo NEZ Rusiyanın ən böyük beş neft emalı zavodundan biri hesab olunur. Müəssisə “Lukoil” şirkətinin quraşdırılmış gücünə görə ən böyük neft emalı zavodudur. Zavodun illik layihə gücü təxminən 17 milyon ton neft təşkil edir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Ukrayna #Rusiya #NeftEmalı #Expressxeberler #Expressxeberler.az

1. 451 baxış
Paylaş: