Noyabrın 6-dan kombilərlə bağlı YENİ QƏRAR – Evində kombi olanlar DİQQƏT!
Cəmiyyət
Expressxeberler.az xəbər verir ki, noyabrın 6-dan Azərbaycanda qazla işləyən kombilər, su qızdırıcıları və digər avadanlıqlarla bağlı yeni təhlükəsizlik tələbləri qüvvəyə minir.
Yeni qaydalara əsasən, qaz cihazları partlayış və qaz sızması risklərinin qarşısını alan texniki təhlükəsizlik standartlarına cavab verməlidir.
Tələblərdə qaz birləşmələrinin hermetik olması, yanmamış qazın toplanmasının qarşısının alınması, alovun sabit yanması və zərərli yanma qazlarının normaya uyğun olması nəzərdə tutulur.
Bundan başqa, tüstü bacasında nasazlıq yarandıqda cihazın odluğuna qaz verilişi avtomatik dayandırılmalıdır.
Qeyd edək ki, yeni qaydaların qüvvəyə minməsi bütün köhnə kombilərin məcburi şəkildə dəyişdirilməsi demək deyil. Söhbət qazla işləyən avadanlıqlar üçün müəyyən edilən təhlükəsizlik tələblərindən gedir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Kombi #Qaz #Təhlükəsizlik #Expressxeberler #Expressxeberler.az



