İranın hədəfində 4 Avropa ölkəsi – Moskvadan TEHRANA ZƏNG!

IMG_1415 Gündəm
04:55

İran Avropaya zərbə hazırlığında – Putin Tehranla TƏMASA KEÇDİ!

Expressxeberler.az xəbər verir ki, İran ABŞ ilə hərbi qarşıdurmanın yenidən genişlənəcəyi təqdirdə Avropadakı Amerika hərbi bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdarlıq edib. Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı ABŞ hərbi obyektlərinin mümkün hədəflər sırasında olduğu bildirilir.

Bu arada Rusiya Prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə telefon danışığı aparıb. Tərəflər Yaxın Şərqdəki vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Putin və Rezai Rusiya ilə İran arasında strateji tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, Qətər nümayəndə heyətinin danışıqlar üçün Tehrana yola düşdüyü bildirilir.

Hər gün Expressxeberler.az saytına daxil olun, ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#İran #ABŞ #Putin #Avropa #Expressxeberler.az

612 baxış
Paylaş: