Masallıda 15 yaşlı qız qaçırılıb? – Atası DANIŞDI

IMG_1404 Gündəm
18:06

Expressxeberler.az xəbər verir ki, rayon sakini Səma Mirverdiyeva Ramiz qızının sentyabrın 7-də yoxa çıxdığı bildirilir.

Qızın atası Ramiz Mirverdiyevin iddiasına görə, Səma rəfiqəsinin yanına gedib və orada rəfiqəsinin 19 yaşlı qardaşı Asəf İlham oğlu tərəfindən aparılıb. Onun sözlərinə əsasən, qızın 8 Noyabr prospektinə aparıldığı ehtimal edilir.

Ata bildirib ki, bir aydır övladından xəbər ala bilmir. O, həmçinin Faiqmə İlham qızının yanına getdikdən sonra Səma ilə əlaqənin kəsildiyini qeyd edib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyi bildirilir.

Qeyd edək ki, yayılan məlumatlar hələlik iddia xarakteri daşıyır. Hadisənin bütün təfərrüatları və 15 yaşlı qızın harada olduğu barədə rəsmi məlumat gözlənilir.

#Masallı #İtkinDüşənQız #SəmaMirverdiyeva #Hadisə #Azərbaycan

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun

359 baxış
Paylaş: