Kirayəçi saxlayanların diqqətinə – Evdə yaşayanlarla bağlı yeni qayda!

IMG_3534 Cəmiyyət
01:37

Şəxsi evi olanların və kirayəçi saxlayanların NƏZƏRİNƏ – Yeni qaydalar qüvvəyə mindi!

Expressxeberler.az xəbər verir ki, Azərbaycanda ev təsərrüfatlarının uçotu ilə bağlı qaydalara dəyişiklik edilib. Yeni qaydalara əsasən, ev sahibləri və həmin ünvanlarda yaşayan şəxslərlə bağlı toplanan məlumatların əhatəsi genişləndirilib.

Dəyişikliyə əsasən, ev təsərrüfatının üzvlərinin fərdi identifikasiya nömrəsi (FİN) qeydə alınacaq. FİN olmadıqda isə bu barədə müvafiq qeyd aparılacaq.

Bundan başqa, şəxslərin qohumluq əlaqəsi, cinsi, doğulduğu tarix və yer, vətəndaşlığı və milliyyəti barədə məlumatlar da şəxsi hesablara daxil ediləcək.

Yeni qaydalarda yaşayış ünvanı ilə bağlı məsələlər də dəqiqləşdirilib. Belə ki, şəxsin həmin ünvanda 12 ay və daha çox müddətdə yaşaması və ya ən azı 12 ay yaşamaq niyyətində olması əsas götürüləcək.

Həmçinin şəxsin həmin ünvanda qeydiyyatda olub-olmaması, qeydiyyata alındığı il, qeydiyyatda olmadığı halda isə faktiki yaşayış ünvanı göstəriləcək.

Diqqətçəkən məqamlardan biri də kirayə münasibətləri ilə bağlıdır. Yaşayış sahəsi kirayə götürüldükdə yazılı kirayə müqaviləsinin, yoxsa şifahi razılaşmanın əsas götürüldüyü barədə də məlumat qeydə alınacaq.

Qeyd edək ki, dəyişikliklər ev təsərrüfatlarının uçotu zamanı toplanan məlumatların genişləndirilməsini nəzərdə tutur.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən ən son xəbərləri izləyin.

#Expressxeberler.az #Azərbaycan #Kirayə #EvSahibləri

4. 002 baxış
Paylaş: