Əlövsət Polad vəfat etdi

IMG_3875 Gündəm
09:47

Expressxeberler.az xəbər verir ki, tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad 83 yaşında dünyasını dəyişib.

Əlövsət Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndində anadan olub. 1973-cü ildən “Gündoğar” qəzetində çalışıb, eyni zamanda Azərbaycan radiosunun “Xəbərlər” proqramı ilə əməkdaşlıq edib.

1990-cı ildən bədii yaradıcılığa başlayan mərhum yazıçı “Bitməmiş povestlər”, “Mənim dünyam”, “Yazılan qalır”, “Qalan yazılarım”, “Narahatlıq”, “Qurama”, “Qiyamət” və “Ölümə hazırlıq” kimi kitabların müəllifidir.

Allah rəhmət eləsin!

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #ƏlövsətPolad #Vəfat #Jurnalist

316 baxış
Paylaş: