Bakı-Şamaxı yolunda qohumlar qəzaya düşdü: ölən və yaralanan var
Gündəm
Bakı–Şamaxı–Yevlax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Expressxeberler.az xəbər verir ki, qəza yolun 107-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 72 yaşlı Rəşid Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Hadisə nəticəsində avtomobildə olan 6 nəfərdən 61 yaşlı Şərqiyə Məmmədova aldığı xəsarətlərdən həyatını itirib. Digər sərnişin, 70 yaşlı Şəfiqə Məmmədova isə xəsarət alıb.
Məlumata görə, xəsarət alan şəxs sürücünün həyat yoldaşı, həyatını itirən qadın isə onun qardaşının həyat yoldaşıdır. Hər iki qadının əslən Qax rayonundan olduğu bildirilir.
#Qobustan #YolQəzası #Avtoqəza #BakıŞamaxıYolu #Hadisə
‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun



